Xanım müstəntiq Xankəndiyə təyinat ALDI

Xanım müstəntiq Xankəndiyə təyinat ALDI

Xankəndi Şəhər Prokurorluğuna ilk xanım müstəntiq təyin edilib.

Viral.az xəbər verir ki, bu vəzifəyə Nəzrin Rəcəbova təyinat alıb. 

Gənc müstəntiq bunu tarixi an kimi qiymətləndirib:

Son Yazılar:

“Mənim Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi təyin edilməyim böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq”.

Qeyd edək ki, xanım müstəntiq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur (Qafqazinfo).