Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub
Viral.az xəbər verir ki, bu barədə TƏBİB-dən xəbər verilib.
Bildirilib ki, TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.
Son Yazılar:
- Akula ətini yemək OLARMI?
- Bu meyvə ağciyəri yeniləyir – Professor AÇIQLADI
- Ermənistan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək
Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb və BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli Vərəm əleyhinə Dispanser, 1 və 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası Ağciyər Xəstəlikləri Mərkəzinin tərkibinə daxil edilib.
TƏBİB-in İcraçı direktorunun 26 dekabr 2024-cü il tarixli 18-1/3-1-2572/2024 nömrəli əmri ilə Ağciyər Xəstəlikləri Mərkəzinin struktur və ştat cədvəli də təsdiq edilib. TƏBİB-in Müşahidə Şurasının 9 iyul 12-Q/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağciyər Xəstəlikləri Mərkəzinin strukturuna daxil edilən xəstəxana, dispanser, şöbə və kabinetlərin siyahısı”nda qeyd edilən və TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib.