Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycanın 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməsinə dair qərar çıxarıb.
Viral.az “haqqin.az”a istinadən xəbər verir ki, məhkəmə sözügedən qərarı Bakıda “Qış parkı”nın inşası zamanı evdən çıxarılan sakinlərin ifadələri əsasında verib.
Qeyd olunub ki, 2008-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısının göstərişi ilə Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən çox yaşayış və qeyri yaşayış sahəsi sökülüb, sakinlər isə köçürülüb.
Son Yazılar:
- "Media haqqında" qanuna dəyişiklik gözlənilir
- Goranboyda iki maşın toqquşdu, xəsarət alan var
- Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir
Sakinlər mülkiyyət hüquqlarına müdaxilədən şikayət edərək ədalətli məhkəmə prosesinin aparılmasını tələb ediblər.
Məlumata görə, AİHM hələ 2022-ci ildə sözügedən işlə bağlı əksər sakinin hüququnun pozulmasını müəyyən edib və təzminatla bağlı məsələnin həlli üçün vaxt verib.
Beləliklə, məhkəmə yanvarın 14-də qərarını elan edib və bu qərara əsasən hökumət 18 ərizəçiyə maddi və mənəvi zərərə görə ümumilikdə 1 milyon 693 min avro həcmində təzminat ödəməlidir.
Ödəniş isə 3 ay ərzində həyata keçirilməlidir.