Ordumuzun əsgəri vəfat ETDİ – FOTO

Ordumuzun əsgəri vəfat ETDİ - FOTO

Hərbi Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Baxşəliyev Adil Baxşaliyeviçin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Son Yazılar:

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq. ALLAH hərbçimizə rəhmət eləsin”, – açıqlamada vurğulanıb.

***

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

Viral.az oxu.az-a istinadla xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 29-da vəfat edib.

O, Kəlbəcərdə hərbi xidmət keçirdi.

Hadisə ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.

267104 6787980452535