Bəzi F-16 qırıcıları Ukraynadan kənarda yerləşən hava bazalarında “ehtiyatda” yerləşdiriləcək.
Viral.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının aviasiya rəisi Sergey Qolubtsov deyib.
Son Yazılar:
- “Ukrayna dairəsi”nin yeni layihəsi hazırlandı
- Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq: Detallar AÇIQLANDI
- Şirvanda ana və qızı həbs EDİLDİ
“Bu, təyyarələrin Ukrayna bazalarında işğalçıların hədəfinə çevrilməməsi üçün ediləcək”, – deyə qeyd olunub.
Digər şeylərlə yanaşı, bu qırıcılar təmir işləri və nasaz təyyarələrin dəyişdirilməsi zamanı ehtiyat rolunu oynayacaqlar. Eyni zamanda, Kiyevin aldığı təyyarələrin bir hissəsi ukraynalı pilotların hazırlanması üçün xaricdə istifadə olunacaq.