Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Brüsseldə keçirilən mətbuat konfransında Avropa Şurasında yeni üzvlərin əksəriyyətinin “avropapərəst və Ukraynayönlü” olacağını bildirib.
Viral.az xəbər verir ki, o, üzvü olduğu Avropa Xalq Partiyasını qələbə münasibətilə təbrik edib və ikinci müddətə AK-nin rəhbəri təyin olunacağına əminliyini bildirib.
“Artıq sabah biz həmfikir insanlar arasında körpü yaradaraq, yeni güclü çoxluq yaratmaq istiqamətində işə başlayacağıq.
Son Yazılar:
- Daha bir azərbaycanlı müharibədə həlak oldu
- “Formula 1″də komandaların sayı ARTACAQ
- Polkovnikin oğlu ev dustaqlığına BURAXILDI
Sosialistlərə və liberallara müraciət edəcəyik, bu cür platforma son beş ildə yaxşı işləyirdi, indi də yaxşı işləyəcək. Avropa Parlamentində yeni çoxluq avropapərəst və ukraynayönlü olacaq”, – deyə o bildirib.
“Yeni müddətə təyinatıma gəlincə, mən buna tam əminəm, baxmayaraq ki, qarşıda çox iş var, – deyə Ursula fon der Leyen əlavə edib.