Rəsmi Bakıdan Qəzza ilə bağlı qərara MÜNASİBƏT

Rəsmi Bakıdan Qəzza ilə bağlı qərara

“Azərbaycan Qəzzada atəşkəs və girovlarla bağlı razılaşmanın elan edilməsini alqışlayır”.

 Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib. 

“Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmətlə yanaşacaq və əzablara son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək”, – deyə paylaşımda qeyd olunub. 

Son Yazılar:

Xatırladaq ki, yanvarın 15-də İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsə dair razılaşma əldə olunub.