Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilsə də, uzun illər qanunverici orqan tərəfindən qəbul olunmurdu. Qanun layihəsi bir müddət əvvəl iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmamışdı.
Uzun müddət müzakirələrə səbəb olan qanun layihəsi nəhayət ötən ilin sonunda Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul olunub.
Son Yazılar:
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
Viral.az-ın məlumatına görə, Rəqabət Məcəlləsi ötən il qəbul olunsa da, qəbul edildikdən təxminən 6 ay sonra, yəni bu ilin iyulun 1-də qüvvəyə minəcək.
Bəs Rəqabət Məcəlləsi nələri hədəfləyir?
Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına imkan yaratmağı hədəfləyir.
Qanun layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır.
Bundan başqa, Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyillərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir.
Ekspertlər bildirir ki, sərbəst bazar şəraitində oyun qaydalarının müəyyən edilməsi məhz Rəqabət Məcəlləsi ilə tənzimlənir.
Onların fikrincə, Məcəllənin qəbulu özəl sektor tərəfindən süni qiymətin formalaşmasına mane ola bilər:
“Süni qiymət monopolistlərin formalaşdırdığı, kartel müqavilələrinin nəticəsində formalaşan qiymətdir. Başqa sözlə, bazar qaydaları əsasında formalaşmayan qiymət süni qiymətdir. Dövlət buna nəzarət etməlidir. Məsələn, diş pastasını ölkəyə ancaq bir şəxs və yaxud da 35 faizdən çoxunu bir şəxs gətirirsə, dövlət həmin şəxsin müəyyən etdiyi qiymətlərə nəzarət etməlidir. Rəqabət Məcəlləsi bu məsələni tənzimləməlidir. Sənəddə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər məsələlər yer alıb”.