Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana gəlib.
Viral.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İ.Kobaxidzeni hava limanında Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.
Son Yazılar:
- İranda 5,4 bal gücündə zəlzələ baş VERDİ
- İran Prezidenti azərbaycanca şeir dedi
- Netanyahu Qəzza razılaşmasının müzakirəsi üçün Qahirəyə nümayəndə heyəti göndərir
Xatırladaq ki, bir neçə gün əvvəl Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.