Xəbər verdiyimiz kimi, iyunun 9-da Bakıdakı “ASCO Arena”da Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ilk oyunu keçirilib.
II Liqada 2-ci yeri tutan “Cəbrayıl” klubu I Liqanı 10-cu yerdə başa vuran “Araz Saatlı”nı 2:0 hesabi ilə məğlub edib.
Pley-offun cavab oyunu iyunun 15-də Saatlıda olacaq.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
İki oyunun nəticəsinə əsasən, qələbə qazanan tərəf növbəti mövsüm üçün Azərbaycan I Liqasına vəsiqə qazanacaq.
Viral.az xəbər verir ki, “Cəbrayıl” klubunun baş məşqçisi Cavid Hüseynov oyun sonrası açıqlamasında cavab matçından danışıb:
“İlk oyunu 2:0 hesabı ilə udsaq da, bu o demək deyil ki, mərhələni keçmişik. Ancaq müəyyən bir iş gördük, çalışdıq ki, evdə oynadığımıza görə xeyrimizə olan nəticə qazanaq. Bunun öhdəsindən 50 faiz gəlmişik. Amma yenə deyirəm ki, bu, hələ son deyil. Bizi ağır cavab matçı gözləyir.
İlk oyunu Bayıldakı “ASCO Arena”da oynamağımız futbol adına bizi sevindirir. Çünki bu qazonda heç olmasa düz ötürmə vermək olur. Amma Saatlıda meydança çox bərbad vəziyyətdə olduğuna görə, istəməzdik ki, futbolçuların sağlıq baxımından orda oynayaq”.