Son həftələr qiymətlərin artması Rusiya taxıl istehsalçılarını və ixracatçılarını həvəsləndirib.
Viral.az “Forbes Russia”ya istinadən xəbər verir ki, 1 milyon hektardan çox əkin sahəsini məhv edən anormal may şaxtaları ən böyük ixracatçı ölkələrdə məhsulun gözlənilən azalması ilə də bazar qiymətlərinə təsir edib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Ekspertlərin fikrincə, may ayında əsas taxılların dünya qiymətləri son iki ildə ən böyük aylıq artım göstərib.
“Birja möhtəkirləri keçən ay Rusiyanın şaxtaları mövzusunu nəzərə aldılar və buğdanın qiymətini 100 buşel üçün 710 dollara və ya ton üçün 260 dollara qədər qaldırdılar – bu, apreldə orta hesabla olduğundan 25% yüksəkdir”, – deyə qeyd olunub.