Vəkilin fəaliyyətilə bağlı məhkəməyə müraciət edildi

Bəzi kütləvi informasiya vasitələrində 12 saylı Vəkil Bürosunun vəkili Məhərrəmli Əhməd Nizami oğlunun Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə etdiyinə görə fəaliyyətinin 1 aylıq dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Viral.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Son Yazılar:

 

Məlumata əsasən, Vəkillər Kollegiyasına Ə.Məhərrəmli ilə bağlı vətəndaşın şikayəti daxil olub, intizam icraatı başlanılıb, araşdırma aparılıb və pozuntu müəyyən olunub.

 

Pozuntuya əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17.05.2024-cü il tarixli iclasında vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb.