Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, 12 saylı Ərazi Vergilər Baş idarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məhkəmə qərarları əsasında və operativ vergi nəzarəti tədbirləri çərçivəsində keçirilmiş birgə nəzarət tədbirləri zamanı qeyri-qanuni olaraq külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları aşkar edilib.
Viral.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Heydərov Rüstəm Qasım oğluna məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsi, ev 35 yaşayış ünvanında 865,7 min ədəd, Əliyev Şahin Qulu oğluna məxsus Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 20/6 ünvanda yerləşən ərzaq mağazasında 313,2 min ədəd və Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, ev 32 yaşayış ünvanında 588,4 min ədəd olmaqla, ümumi dəyəri 100 min manatdan yuxarı olan 1.767.360 ədəd aksiz markası ilə markalanmamış tütün məmulatı aşkar edilərək protokol əsasında götürülüb.