Lerik rayonunda “Palıdlıq” adlanan meşəlik ərazidən silah-sursat aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Viral.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 3 ədəd “Kalaşnikov” markalı avtomat silahlar və həmin silahlara aid 25 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanan 10 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Son Yazılar:
- Son 21 gündə iki vəzifəsini İTİRDİ
- Azərbaycanla ticarət dövriyyəsində müsbət impulslar müşahidə olunmaqdadır
- Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR