Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyaya keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Viral.az-a verilən məlumata görə, ondan 4 kiloqram narkotik vasitə olan marixauana, tiryək, 1 ədəd avtomat, həmin silaha aid daraq və 4 ədəd patron aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, C. Bayramov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisindəki qəbiristanlıqların birində gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı satış məqsədi ilə əldə edib.
Son Yazılar:
- Son 21 gündə iki vəzifəsini İTİRDİ
- Azərbaycanla ticarət dövriyyəsində müsbət impulslar müşahidə olunmaqdadır
- Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.