Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonu, R.Axundov küçəsində yerləşən “Moon Pub” restoranında yoxlama keçirib.
Bu barədə Viral.az-a Agentlikdən məlumat verilib.
Daxil olan müraciət əsasında aparılan yoxlama zamanı fiziki şəxs Əliyev Zaur İslam oğluna məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.
Son Yazılar:
- “Maşallah, sənin də yumruğun yaxşıdır”
- İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul ETDİ
- Zaqatalada yol-nəqliyyat hadisəsi baş VERDİ
Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.