Narkotik satışında ittiham edilən “TikTok”er Zeynəb ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmənin yekun proses keçirilib.
Viral.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Zeynəb Ən-Nəimi 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Son Yazılar:
- Son 21 gündə iki vəzifəsini İTİRDİ
- Azərbaycanla ticarət dövriyyəsində müsbət impulslar müşahidə olunmaqdadır
- Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR
Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Zeynəb ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.