Gəncədə qətl hadisəsi törədilib.
Viral.az “unikal”a istinadən xəbər verir ki, Avtovağzal adlanan ərazidə “VAZ-2106” markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib.
Son Yazılar:
- Konor Makqreqor zorakılıqda günahkar BİLİNDİ
- Bu ölkədə 9 ildə ən böyük qızılca alovlanması qeydə ALINDI
- “İğtişaş olsa, interneti kəsəcəyik” – Lukaşenko
Mübahisədən sonra onlardan biri digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.
Hadisə zamanı avtomobil yoldan çıxaraq ağaclığa düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Gəncə Şəhər Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, iyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə məlumat daxil olub.
Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.