32 yaşlı Zaqatala rayon sakini yüksək dağlıq ərazidə məşhur Şamil yaylağında ölü tapılıb.
Viral.az APA-ya istinadən xəbər verir ki, Zaqatala rayon Axaxdərə kənd sakini 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti bu gün axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Car kənd inzibati ərazisinin yüksək dağlıq hissəsində Şamil yaylağının yaxınlığında aşkar olunub.
Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən H. Məmmədovun meyitinin yüksək dağlıq ərazidən düşürülməsi istiqamətində işlər aparılır. H. Məmmədovun hansı şəraitdə ölməsi məlum deyil.
Son Yazılar:
- “Futbolçularım meydanda can qoydular” – Samir Abasov
- Kənan Yusifovun toyudur – FOTO
- Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
Qeyd edək ki, H. Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.