Ağsuda silahlı narkokuryerlər SAXLANILDI

Ağsuda silahlı narkokuryerlər SAXLANILDI

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Viral.az-a verilən məlumata görə, onların idarə etdiyi avtomobildən 3 kiloqramdan artıq marixuana, “Kalaşnikov” markalı avtomat və patronlar aşkarlanıb.

Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.

Son Yazılar:

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.