Husilər tərəfindən saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir

Husilər tərəfindən saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları tərəfindən qanunsuz şəkildə saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir.

Viral.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quttereş “X” platformasındakı paylaşımında bildirib.

“Husi üsyançılarının qanunsuz saxladığı 7 BMT əməkdaşının dərhal və qeyd-şərtsiz azad edilməsini, habelə əvvəllər saxlanılan və hələ də tutulmuş şəxslərin azad edilməsini tələb edirəm. BMT personalı və tərəfdaşları, vəzifələrini yerinə yetirərkən hədəf alınmamalı, həbs olunmamalı və ya saxlanılmamalıdır”, – deyə Quttereş paylaşımında vurğulayıb.

Son Yazılar: