Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında xəsarət alan 51 nəfərdən 44-ü evə buraxılıb.
Viral.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.
Bildirilib ki, xəstəxanada qalan daha 6 nəfərin müalicəsi davam edir, yaralılardan birinin vəziyyəti ağırdır.
Son Yazılar:
- Son 21 gündə iki vəzifəsini İTİRDİ
- Azərbaycanla ticarət dövriyyəsində müsbət impulslar müşahidə olunmaqdadır
- Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR
Qeyd edək ki, yanvarın 21-də baş verən hadisə nəticəsində 78 nəfər həyatını itirib. Aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb, hotel sahibi Halit Ergül və menecer Emir Aras da daxil olmaqla, 9 nəfər həbs edilib.