Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq yük daşımaları ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq yük daşımaları ARTIB

Ötən il Azərbaycanda hava nəqliyyatı nəqliyyatı vasitələri ilə 5,5 milyard ABŞ dolları dəyərində 79,2 min ton beynəlxalq yük daşımaları həyata keçirilib.

Bu barədə Viral.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 2,8 dəfə və ya 3,6 milyard ABŞ dolları çoxdur.

Son Yazılar:

2024-cü il ərzində hava nəqliyyatı vasitələri ilə5,2 milyard ABŞ dolları dəyərində 14,7 min ton yük idxal edilib, 346,6 milyon ABŞ dolları dəyərindən 64,5 min ton yük ixrac olunub.

2023-cü illə müqayisədə idxal olunan yükün dəyəri 3,6 milyard ABŞ dolları (3,3 dəfə), həcmi 1,8 min ton (14,2%) artıb. Eyni zamanda illik müqayisədə ölkədən ixrac olunan yükün dəyəri 6,3 milyon ABŞ dolları (1,9%) artıb, həcmi isə 22,3 min ton (25,7%) azalıb.