Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.
Son Yazılar:
- Sürücünün yük maşınında meyiti TAPILDI
- Sabiq icra başçısı azadlığa ÇIXDI
- Əməliyyat zamanı “TikTok”da canlı açan cərrah nazirliyə çağırıldı
Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.