Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.
Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.
İlkin məlumata görə,“TIR”da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.
Son Yazılar:
- Axşam yeməyi üçün ən ideal saat AÇIQLANDI
- “Nutella”nın yaradıcısı vəfat ETDİ
- “Neftçi” İslam Çesnokovu transfer etmək istəyir
Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.