Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi.
Viral.az “Report”a istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyası zamanı Macarıstandan olan deputat Nemeth Zsolt deyib.
Deputat bildirib ki, üzv dövlətləri itirmək AŞPA-nın maraqlarına cavab vermir.
Son Yazılar:
- Son 21 gündə iki vəzifəsini İTİRDİ
- Azərbaycanla ticarət dövriyyəsində müsbət impulslar müşahidə olunmaqdadır
- Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR
“Bu gün Gürcüstanın nümayəndə heyətinin qurumdakı iştirakını məhdudlaşdırmağı müzakirə edirik. AŞPA apardığı siyasətə yenidən baxmalıdır. Bundan əvvəl də Azərbaycanın nümayəndə heyəti qurumdan uzaqlaşdırıldı. Bu, yanlış verilmiş bir qərar idi. Biz üzv dövlətləri itirmək əvəzinə onlarla danışıqları davam etdirməliyik”, – o qeyd edib.