Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində daha bir Ukrayna pilotsuz təyyarəsini (PUA) vurub.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 10-da Moskva vaxtı ilə saat 16:50 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belqorod vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – deyə nazirlik bildirib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qeyd edək ki, Ukrayna PUA-ları tez-tez Rusiyanın Belqorod vilayətinə hücum edirlər.
(redaktor.az)