Sumqayıt Narkoloji Dispanserinin baş həkimi Kamil Əmirxan oğlu Mehdiyev vəfat edib.
Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, Qarabağ müharibəsi əlili olan Kamil Mehdiyev 2000-ci ildən Sumqayıt Narkoloji Dispanserinə rəhbərlik edib.
Son Yazılar:
- Sabiq icra başçısı azadlığa ÇIXDI
- Əməliyyat zamanı “TikTok”da canlı açan cərrah nazirliyə çağırıldı
- İlk və son cavabım
Qeyd edək ki, baş həkim uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Kamil Mehdiyev Birinci Qarabağ müharibəsində zabit kimi döyüşüb və bölmə komandiri olub. O, müharibədə “Spartak” ləqəbli ilə tanınıb.