Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə Viral.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə bölgələrdə yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Son Yazılar:
- “Sumqayıt” özbəkistanlı futbolçunun transferini AÇIQLADI
- Azərbaycan millisi İnkişaf Kubokunda üçüncü yer uğrunda oyuna çıxacaq
- Prezidentin sakinlərlə görüşünün VİDEOSU
“Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər”, – məlumatda vurğulanıb.