Türkiyə Böyük Millət Məclisi Kartalkaya dağ-xizək kurortundakı hoteldə baş vermiş yanğının səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılması barədə qərar verib.
Viral.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Komissiya yanğının necə baş verdiyini, təhlükəsizlik tədbirlərinin nə dərəcədə yerinə yetirildiyini və gələcəkdə belə faciələrin qarşısını almaq üçün hansı tədbirlərin görülməsi lazım olduğunu araşdıracaq.
Son Yazılar:
- Ağrıkəsicilərin düzgün qəbulu necə olmalıdır?
- Yeni xəstəlik yayılır: uşaqları KOR EDİR
- Hava limanından qarlı hava ilə bağlı AÇIQLAMA
Məqsəd bu cür hallarda turistlərin və işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün təkliflər hazırlamaqdır.
Komissiya 22 deputatdan ibarətdir və üç ay ərzində hadisənin nəticələri ilə bağlı yekun hesabat təqdim etməlidir.
Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.
Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.