F-35 qırıcı təyyarəsi ABŞ-ın Alyaska ştatında qəzaya uğrayıb, pilot isə təhlükəsiz vəziyyətdə qalıb.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, Alyaskadakı Eylson Hərbi Hava Qüvvələri bazasının nümayəndəsi bəyanatında insidentin hərbi bazanın uçuş-enmə zolağında baş verdiyini bildirib.
Rəsmi şəxs qəza keçirmiş F-35 qırıcısının ciddi zədələndiyini və hadisə ilə bağlı araşdırma aparıldığını qeyd edib.
Son Yazılar:
- AYNA velosiped parkinqləri üçün pul AYIRDI
- Bakıda şərab mağazasında oğurluq – 3 nəfər saxlanıldı
- Lavrov İrana səfər edəcək
ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatına əsasən, insidentdən sonra pilot təhlükəsiz vəziyyətdə olub və müayinə üçün hərbi hospitala aparılıb.
Sosial şəbəkələrdə yayımlanan kadrlarda F-35 qırıcısının havada sürüşdüyü, yerə çırpıldığı və partladığı görünür.