Rusiyaya məxsus təyyarə Finlandiya körfəzinin şərq hissəsində Loviisa şəhəri yaxınlığında Finlandiya hava məkanını pozub.
Viral.az “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakkanen departamentin rəsmi saytında dərc olunan bəyanatında bildirib.
“Biz iddia edilən ərazi pozuntusunu ciddi qəbul edirik və dərhal araşdırmaya başlanılıb”, – Finlandiya Müdafiə Nazirliyinin rəhbəri insidentlə bağlı bildirib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, pozuntu iyunun 10-da səhər saatlarında baş verib. İddialara görə, təyyarə qonşu ölkənin hava məkanında iki dəqiqəyə yaxın qalıb və sərhədin 2,5 km içərisini ən dərin nöqtəsində keçib.
Bəyanatda hadisənin araşdırılmasına ölkənin Sərhəd Xidmətinin cavabdeh olduğu bildirilir.
(redaktor.az)