Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri polkovnik Rəhim Laçınov ev dustaqlığına buraxılıb.
Viral.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.
Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib.
Son Yazılar:
- Şaxtalı hava ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycanda yas mərasimində zəhərlənən şəxslərin vəziyyəti açıqlandı
- ADY qarlı hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərinin həyata keçirir
Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər. Onlar mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma cinayətlərində ittiham edilirlər.
Sail Ağasəlim
Fotoda: Rəhim Laçınov