Rusiyanın ötən gecə Ukraynanın Sumı vilayətinə aviazərbələri nəticəsində yaralıların sayı biri azyaşlı olmaqla, 9 nəfərə çatıb.
Viral.az xəbər verir ki, bu barədə məlumatı UNIAN yayıb.
Bildirilib ki, səhər saatlarında dağıntılar altından iki nəfərin meyiti çıxarılıb. Ümumilikdə isə 118 nəfər təxliyə olunub.
Son Yazılar:
- Omeqa-3 bu xəstəliklərdən QORUYUR
- “Futbolçularım meydanda can qoydular” – Samir Abasov
- Kənan Yusifovun toyudur – FOTO
Axtarışlara kinoloji briqadalar cəlb olunub, eyni zamanda xilasedicilər ərazidə psixoloqların da çalışdığı müvəqqəti qərargah təşkil edib.
Qeyd edək ki, Rusiya hərbi aviasiyasının zərbələri nəticəsində 10 mərtəbəli yaşayış binasında 9 mənzil, eləcə də 12 mənzilin eyvanı yararsız hala düşüb.