Yanvarın 31-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç baş tutacaq.
Viral.az xəbər verir ki, daha 23 ailədən ibarət 100 nəfər doğma yurda qayıdacaq. Kəndə köçəcək ailələrin siyahısı dəqiqləşdirilib.
Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət olacaq.Ballıca kəndində dövlət başçısının göstərişi əsasında keçmiş məcburi köçkünlərin bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb.
Son Yazılar:
- Bakıda şərab mağazasında oğurluq – 3 nəfər saxlanıldı
- Lavrov İrana səfər edəcək
- Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb
Qeyd edək ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə üç köç karvanı olub. Kənddə 68 ailə (373 nəfər) məskunlaşıb.