Beş yüz müəllim üçün metodist işləmək şansı yaradılıb.
Viral.az xəbər verir ki, bununla bağlı barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd olunub ki, 2025-26-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi üçün “Müasir metodist” müsabiqəsinə qeydiyyat prosesi davam edir.
Son Yazılar:
- Stressin orqanizminizə TƏSİRİ
- "Barselona" səfərdə qələbə qazandı
- Bərdədə minik maşını aşıb, ölən və xəsarət alanlar var – FOTO
Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar:
“Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər. Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.
2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur. Qeydiyyat üçün son müraciət tarixi 20 fevral 2025-ci ildir”.
Əlavə edilib ki, müəllimlər müraciət etmək üçün bu keçidə daxil ola bilərlər.