Bakı-Quba yolunda “KIA Sportage” idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.
Viral.az xəbər verir ki, bu sözləri “Report”a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb.
Son Yazılar:
- Qadın evdə doğuş etdi, körpəsi ÖLDÜ
- Tanınmış kinoprodüser vəfat ETDİ
- Azərbaycanda bir uşaq xarici vətəndaşa övladlıq verilib
Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.