Sabah Sumqayıtda və Bakının bu rayonunda qaz OLMAYACAQ

Sabah Sumqayıtda və Bakının bu rayonunda qaz  OLMAYACAQ

Sumqayıt şəhəri, Bakı küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 31.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Viral.az-a “Azəriqaz” İB-dən bildirilib.

Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin (Stansiya Sumqayıt, Baxçaşəhər, Akasiya MTK-lar, 39, 41, 41a, 44, 76-cı məhəllələr , 3, 4, 8, 9, 10, 11, 12, 17-ci mikrorayonlar və 18-ci mikrorayonun bir hissəsi), həmçinin Suraxanı rayonunun (Məşədi Əzizbəyov, Göl, Vahid Xəlilov və 14 iyul küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son Yazılar: