Rusiya səfiri İrəvana qayıtdı

Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.

 

Viral.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.

Son Yazılar:

 

“Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır”, – Qaluzin “RİA Novosti”yə açıqlamasında bildirib.

 

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi ötən ay səfirin məsləhətləşmələr üçün Moskvaya çağırıldığına dair məlumat yayıb.