Rusiya öz səfirini İrəvana QAYTARDI

Bir müddət əvvəl məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin artıq İrəvana qayıdıb.

Viral.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti ilə söhbətində bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Kopirkinin mayın 24-də məsləhətləşmələr üçün Moskvaya çağırıldığını bildirib. Ermənistan Xarici İşlər Nazirliyi bu qərarı şərh etməyib.

Son Yazılar:

İyunun 6-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Rusiyadakı məsləhətləşmədən sonra tezliklə Ermənistana qayıdacaq, münasibətlərin pozulmasından söhbət gedə bilməz.