“Mən Azərbaycanla 2022-ci ilin sonuna qədər danışıqlar apardım: mənim danışıqlarım zamanı onlar heç nə tələb etməyiblər”.
Viral.az xəbər verir ki, bunu Qarabağdan qovulmuş separatçıların qondarma “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan İrəvanın Baqramyan prospektində jurnalistlərə bildirib.
O qeyd edib ki, indi onların Azərbaycanla heç bir əlaqəsi yoxdur, əlaqəni Ermənistan hakimiyyətinin siyasi hakimiyyətinin başçısı saxlamalıdır.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
V.Balasanyan Ermənistan hakimiyyətinə dəfələrlə müraciət ünvanlayaraq öz xidmətini təklif etdiyini söyləyib.
“Qoy Nikol Paşinyan inkar etsin ki, mən bir dəfə deyil, 11 dəfə müraciət etmişəm. Xidmət etməyə, mənə veriləcək tapşırılanı yerinə yetirməyə hazır olduğumu bildirmişəm”, – Vitali Balasyan deyib.
Balasanyanın sözlərinə görə, Ermənistanın baş naziri onun xidmətində maraqlı olmayıb.