Lavrov Türkiyənin xarici işlər naziri ilə danışıqlar apardı

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan Nijni Novqorodda BRİKS Xarici İşlər Nazirlərinin Toplantısı çərçivəsində danışıqlar aparırlar.

Viral.az bu barədə TASS-a istinadla xəbər verir.

Görüşdən əvvəl nazirlər bir-birini mehribanlıqla qarşılayıb, Fidan Moskvadan cəmi bir saat əvvəl gəldiyini bildirib. Lavrov türkiyəli həmkarının Rusiya paytaxtında keçirdiyi görüşlərin faydalı olacağına ümid etdiyini bildirib. Daha sonra danışıqlar mətbuata qapalı formatda davam etdirilib.

Son Yazılar:

Xatırladaq ki, iyunun 10-11-də Nijni Novqorodda BRİKS Xarici İşlər Nazirləri Şurası keçirilir. Bu, BRİKS-in genişlənməsindən sonra “onluq”un xarici işlər orqanları rəhbərlərinin ilk görüşüdür.

(redaktor.az)