Gürcüstan baş naziri Ukraynanın bərpası KONFRANSINDA

Gürcüstanın baş naziri İrakli Kobaxidze Berlində Ukraynanın bərpasına dair konfransda iştirak edir.

 

Viral.az “Exo Kavkaza”ya istinadən xəbər verir ki, onu xarici işlər naziri İlya Darçiaşvili müşayiət edir.

Son Yazılar:

 

“Biz Ukraynanın bərpası ilə bağlı konfransda iştirak edirik. Bildiyiniz kimi, biz bütün platformalarda Ukraynanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Təbii ki, dost ölkəmizdə sülh bərqərar olduqdan sonra Ukraynanın bərpası üçün görülməli olan tədbirlərin müzakirəsi vacibdir. Gürcü xalqı Ukrayna xalqı ilə xüsusi həmrəyliyi ilə seçilir, bizi xalqlar arasında xüsusi tarixi qarşılıqlı asılılıq bağlayır, ona görə də bizim borcumuzdur ki, tərəfdaşlarımızla birlikdə Ukraynanın bərpasına töhfə vermək üçün hər şeyi edək”, – Kobaxidze jurnalistlərlə söhbətində deyib.

 

Baş nazirin sözlərinə görə, Gürcüstan müxtəlif formatlarda Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək verən və Rusiyanın hərbi təcavüzünü pisləyən 600-dən çox qərar, müxtəlif növ aktları, qətnamələri dəstəkləyib.