Qriqori Molçanov Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
Viral.az xəbər verir ki, müvafiq məlumat bu qurumun saytında yer alıb.
Molçanov 22 iyun 1956-cı ildə Moskvada hərbçi ailəsində anadan olub. 1973-2024-cü illərdə Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət edib. Tarix elmləri doktoru, hərbi elmlər namizədi, dosent, Rusiya Federasiyasının Əməkdar Hərbi Mütəxəssisidir. O, “Hərbi xidmətlərə görə” və “Şərəf” ordeni, medallar, habelə Rusiya Federasiyası Prezidentinin təşəkkür məktubu ilə təltif edilib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Spark informasiya sisteminin məlumatına görə, o, əvvəllər Rusiya Müdafiə Nazirliyinin Hərbi Akademiyasına rəhbərlik edib.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqudur.
(redaktor.az)