Sən dünyadan köçüb gedən günü
dünya itirdi qiymətin mənimçün.
Artıq bu dünya bizim üçün yalan,
Şirin arzuları yarımçıq qalan,
Bahar nəfəsindən doymadan solan,
Ay çiçək qoxulu atam, hardasan?!
Həsrətin xatirə, yolun dönməzdir,
Sinəmdə bu ağrın yanır, sönməzdir,
Kövrək Diləfruzun qaradinməzdir,
Ay şirin uyğulu atam, hardasan?!
Son Yazılar:
- Sumqayıtda şüşə istehsalı sexinin ərazisində yanğın oldu
- BMT İranı və ABŞ-ni dialoqa ÇAĞIRDI
- Türkiyədə ağır yol qəzasında on nəfər YARALANDI
Səninlə dünyanı yaşadıq başqa,
Yanımda görəydim səni bu yaşda,
Dərdimi bölüşür bu dağ, bu daş da,
Daş, qaya yuxulu atam, hardasan?!
Qüssəli durnayam, hayana süzüm?
Bu məzar daşıtək bum-buzdur üzüm,
Tükənməz söhbətim, tükənməz sözüm,
Ay həssas, duyğulu atam, hardasan?
Görünür məclislər içində yerin,
Qaytara bilmədim əzrayıl felin,
Ağlayır sözləri yazdığım şeirin,
Kəsilib sağ, solum atam, hardasan?!
Diləfruz Hüseynqızı