Futbol üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirib.
Viral.az xəbər verir ki, qarşılaşma Macarıstanın Sombatxey şəhərində oynanılıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Haladaş” İdman Kompleksinin stadionunda reallaşan görüş yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində qolları Mahir Emreli, Emin Mahmudov və Toral Bayramov vurublar. Rəqibin heyətində isə Yan Voroqovski və Maksim Samorodov fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də keçirilmiş yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub.