Bu gün saat 10:00-dan etibarən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Viral.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildrilib ki, bu, yolun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədardır.
Son Yazılar:
- 16-cı günün duası – İmsak və iftar vaxtı
- Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq
- Sübhan Həsənli barəsində axtarış elan EDİLDİ
Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş edilir.