Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “SHACMAN” markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Qəza zamanı yük maşını aşıb, yük yerində olan torqaq əraziyə dağılıb. Həmçinin, evin hasarı uçub. Yük maşının evin hasarına çırpılması zamanı 1 nəfər yüngül xəsarət alıb.
Son Yazılar:
- Tramp onu Ukraynaya xüsusi elçi təyin ETDİ
- ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ÖLDÜ
- Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
İlkin məlumata görə, qəzaya səbəb sürücün sərt döngədə düzgün manevir etməməsi olub.
Faktla bağlı araşdırma aparılır.