“Mahir “Qarabağ”a gedəndə 17 yaşı var idi, balaca idi. Eşidirdim ki, dostları ilə danışıb məşqdən sonra görüş planlayırdı. O anlarda zəng edirdim Qurban Qurbanova məlumat verirdim”.
Viral.az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Nürnberq”in üzvü Mahir Emrelinin anası Elnurə Emreli idman jurnalisti Azər İsmayılın yutub verilişində deyib.
Ulduz futbolçunun anası bildirib ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov kiçik yaşlarında Mahirin və digər oyunçuların şəxsi həyatını da nizam-intizamlı saxlayıb.
Son Yazılar:
- Erməni əsgərin sərhəddəki təxribatının görüntüləri yayıldı
- “Barselona”nın oyunçusu millidən kənarlaşdırıldı
- Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevgilidir?
“Zəng edib hocaya deyirdim ki, “nəsə plan var, bunlar uşaqlarla görüşəcək”. O gün məşq bitəndə Qurban Qurbanov deyirdi ki, “Mahir, Coşqun, Elton kim varsa bu gecə bazada qalacaq”. Buradan birinci dəfədir eşidirlər. Coşqun da məni bağışlasın, Mahirə görə çox qalıb bazada”.