“Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində iştirak edirlər. Bununla bağlı sui-istifadə halları var. Hər hansı məbləğ deməsəm də, kolleclər özləri üçün müəyyən sistem formalaşdırıb”.
Viral.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov komitənin iclasında deyib.
Son Yazılar:
- Fəlsəfə doktoru qəfil vəfat ETDİ
- Kəlbəcərdə 3,7 maqnitudalı zəlzələ OLDU
- Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə ETDİ
O qeyd edib ki, son vaxtlar kollec daxilində tələbələrə süni surətdə yüksək qiymət yazılması faktları var:
“Yüksək qiymət yazmaqla onların ali təhsil müəssisəsinə qəbul olunması üçün şərait yaradırlar. Universitetlərdə olduğum görüşlərdə isə onların da bu məsələ ilə bağlı narazılığı var. Ona görə bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır”.